Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 6,06 % artaraq 127,29 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 129,28 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:43 / 15.09.2026
Neftimiz kəskin BAHALAŞDI
Hazırda oxunan: Neftimiz kəskin BAHALAŞDI
Hazırda oxunan: Neftimiz kəskin BAHALAŞDI
636680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































