Kiyevdə yanacaqdoldurma məntəqəsi vuruldu - FOTO

Hazırda oxunan: Kiyevdə yanacaqdoldurma məntəqəsi vuruldu - FOTO

636676

Sentyabrın 15-də səhər saatlarında Rusiya qüvvələri Kiyevə reaktiv dronlarla hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kiyev meri Vitali Kliçko yayıb.

Onun sözlərinə görə, zərbələr nəticəsində şəhərin iki rayonunda dağıntılar qeydə alınıb.

Darnitski rayonunda dron yanacaqdoldurma məntəqəsinə düşüb. Hadisə nəticəsində bir nəfər yaralanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Obolonski rayonunda isə anbarlara zərbə endirilib. Hücumun digər nəticələri barədə məlumat dəqiqləşdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin