Borc pul üstündə tanışını bıçaqlayan şəxs azadlığa buraxıldı

Hazırda oxunan: Borc pul üstündə tanışını bıçaqlayan şəxs azadlığa buraxıldı

636667

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəlil Ömərzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Ağstafa Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. Xəlil Ömərzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

İttihama görə, Xəlil Ömərzadə 2025-ci il tarixdə saat 15:00 radələrində Ağstafa rayonunda yerləşən dəmiryolu vağzalının peronunda yerləşən sanitar qovşağının yaxınlığında ətrafdakı şəxslərə məhəl qoymadan ictimai qaydanı kobud şəkildə pozan hərəkətlər edib.

Belə ki, o, əvvəllər zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə aralarında yaranmış borc mübahisəsini bəhanə edib. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərək, bıçaqdan istifadə edib.

Xəlil Ömərzadə bıçaqla D.D.-nin döş qəfəsinin sağ yuxarı səthinə və sağ əlin göstərici barmağının iç səthinə xəsarətlər yetirib.

Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Ağstafa Rayon Məhkəməsinin hökmü ilə Xəlil Ömərzadə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin