Ukrayna hərbçiləri sentyabrın 15-nə keçən gecə Rusiyanın Taqanroq şəhərinə kütləvi raket zərbəsi endirib. Hücum zamanı Ozon anbarında və Q. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücum nəticəsində yaşayış və fərdi evlərə, təhsil müəssisəsinə, kommersiya binasına, qaz borusuna və digər obyektlərə ziyan dəydiyini bildirib.
Q. Beriyev adına kompleksdə hərbi təyyarələrin təmiri və modernləşdirilməsi həyata keçirilir.
Həmçinin Samara vilayətindəki Sızran neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edilib. Zavodun sənaye ərazisində bir neçə yanğın ocağı qeydə alınıb.
“Rosneft” strukturuna daxil olan Sızran NEZ Rusiyanın hərbi hissələrinin yanacaqla təminatında mühüm rol oynayır. Müəssisənin illik emal gücü təxminən 7–8,9 milyon ton neft təşkil edir.
Bizim.Media



































































































