İspaniya Seutadan cəmi 160 mərakeşlini geri qaytarıb

Hazırda oxunan: İspaniya Seutadan cəmi 160 mərakeşlini geri qaytarıb

636696

İspaniyanın muxtar şəhəri olan Seutadan iyulun sonlarında baş verən kütləvi sərhəd keçidindən bu yana cəmi 160 mərakeşli deportasiya edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "ABC" qəzeti polisdəki mənbələrə istinadən məlumat yayıb.

Deportasiya edilən şəxslər müəyyən hüquqpozmalar törədiblər və cəzanın ölkədən çıxarılma və müəyyən müddət ərzində qayıtmamaq öhdəliyi ilə əvəz olunmasına razılaşıblar. Nəşr vurğulayır ki, hüquq-mühafizə orqanlarının səsləndirdiyi rəqəmlər daxili işlər naziri Fernando Qrande-Marlaskanın son məlumatları ilə nəzərəçarpacaq dərəcədə fərqlənir.

Onun sözlərinə görə, cinayət məsuliyyətinə görə çıxarılan məhkəmə deportasiya qərarlarının sayı 300, kütləvi axının başlanğıcindən bəri şəhəri könüllü tərk edən miqrantların sayı isə 5300 nəfərə çatıb.

İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant Mərakeşdən üzə və ya piyada Seutaya çata bilmişdilər. Böhran səbəbindən Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün hərbçiləri cəlb etmək qərarına gəlmişdi. Seutanın hökumət başçısı Xuan Xesus Vivas qeyri-qanuni immiqrasiya vəziyyətini izləmək üçün Aİ-nin sərhədə nəzarət agentliyi olan "Frontex" əməkdaşlarının şəhərdə daimi əsasda yerləşdirilməsini xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin