Şimali Koreya lideri Kim Çen İn Moskva ilə əməkdaşlığı daha da dərinləşdirəcəklərini və Rusiyanın qələbəsinə əmin olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” Şimali Koreyanın dövlət agentliyi KCNA-ya istinadən məlumat yayıb.
Kim Çen İn Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyanın dövlət müstəqilliyinin 78-ci ildönümü münasibətilə göndərdiyi təbrik məktubuna cavabında iki ölkə arasında münasibətlərin “hərtərəfli” şəkildə genişləndiriləcəyini vurğulayıb.
O, Rusiyanın “ölkənin təhlükəsizlik maraqlarının və beynəlxalq ədalətin müdafiəsi uğrunda müqəddəs müharibədə” qələbə qazanacağına əmin olduğunu bildirib və Putinlə Rusiya xalqına “dəyişməz dəstək” vəd edib.
Bizim.Media



































































































