Zərdabda bir həftə əvvəl baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Reyhan Məhəmmədova da dünyasını dəyişib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, Zərdab-Ağcabədi avtomobil yolunda baş verən qəza zamanı “KIA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
Bildirilib ki, avtomobildə qəzaya düşən ailə üzvləri hadisə zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibətilə məclis təşkil ediblər.
Qəza anında avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğludur. Qəzada xəsarət alan Reyhan Məhəmmədova isə Elyar Məhəmmədovun həyat yoldaşıdır.
Səkinə Məhəmmədova isə Qalib Məhəmmədovun qardaşının həyat yoldaşıdır. Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızıdır.
Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. Həmçinin Vətən müharibəsində iştirak edib. Qalib Məhəmmədov uzun müddət Məmmədqasımlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.
E.Məhəmmədovun həyat yoldaşı Reyhan Məhəmmədova da orta məktəb müəllimi olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:01 / 15.09.2026
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
Hazırda oxunan: 5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
Hazırda oxunan: 5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı - Ailədəki 3-cü müəllim də vəfat etdi
636684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































