Xocalı rayonunun Təzəbinə kəndində 34 illik fasilədən sonra yeni dərs ili başlayıb.
Bizim.Media xəbər verir ki, işğaldan azad edilən kəndin sakinlərinin övladları əsaslı təmir olunmuş Təzəbinə kənd tam orta məktəbində tədrisə başlayıblar.
Məktəbdə müasir tələblərə uyğun fənn kabinetləri yaradılıb, təhsil ocağı zəruri avadanlıqlarla təchiz edilib.
Məktəbin direktoru Loğman Məmmədov bildirib ki, burada 200-ə yaxın şagirdin təhsil alması gözlənilir. Kəndə köç prosesi davam etdikcə şagirdlərin sayının artacağı qeyd olunub.
Beləliklə, Təzəbinə kəndində 34 ildən sonra məktəb zəngi yenidən çalınıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:30 / 15.09.2026
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Hazırda oxunan: 34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Hazırda oxunan: 34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
636705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































