İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,57 ABŞ dolları və ya 6,7 faiz artaraq bir barel üçün 104,58 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 6,59 dollar və ya 6,87 faiz bahalaşaraq 102,48 dollar olub.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,28 dollar və ya 8,87 faiz artaraq bir barel üçün 77,06 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,74 dollar və ya 7,2 faiz artaraq bir barel üçün 100,30 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
10:24 / 02.06.2026
Azərbaycan nefti KƏSKİN BAHALAŞDI
Hazırda oxunan: Azərbaycan nefti KƏSKİN BAHALAŞDI
Hazırda oxunan: Azərbaycan nefti KƏSKİN BAHALAŞDI
616677
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































