“Ölkə iqtisadiyyatının 80 faizi paytaxtda formalaşıb” – Eyyub Kərimli

Hazırda oxunan: “Ölkə iqtisadiyyatının 80 faizi paytaxtda formalaşıb” – Eyyub Kərimli

614379

“2050-ci illərə qədər və ondan sonrakı illər üçün şəhərlər tək yaşayış məskəni deyil, həm də iqtisadi mərkəz kimi nəzərdə tutulmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Eyyub Kərimli WUF13 çərçivəsində İnformasiya və Sosial Təşəbbüsləra Yardım İctimai Birliyinin təşəbbüsü ilə "İnklüziv şəhərlər: şəhərsalmada inklüzivliyin təmin edilməsi BMT alətlərindən istifadə" adlı tədbirdə çıxışı zamanı deyib:

"Bəzən ölkəmizdə də regionlar arasında qeyri-bərabər iqtisadi inkişaf gedir. Əsasən ölkə iqtisadiyyatının 80 faizi paytaxtda formalaşıb. Bu halın qarşısını almaq üçün şəhərlərdə geniş sənaye parklarının, sənaye məhəllələrinin salınması, şəhər kənarında sənaye imkanlarının artırılması şəhərlərin maliyyəsinin formalaşmasında və şəhərlərdə insanların iqtisadi aktivliyin təmin olunmasında əsaslı rol oynaya bilər" - deyə o qeyd edib.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin