Şuşada tikintiyə 30 milyona yaxın vəsait ayrıldı

Hazırda oxunan: Şuşada tikintiyə 30 milyona yaxın vəsait ayrıldı

608487

Şuşada yeni yaşayış binalarının tikintisi ilə bağlı işlərə start verilir.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, yeni yaşayış binaları şəhərin D-3 massivində yerləşən 2-ci mərhələ üzrə aparılacaq.

Belə ki, həmin mərhələdə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri və ərazinin abadlaşdırılması işləri həyata keçiriləcək.
 

Məlumata əsasən, artıq bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi müvafiq işləri yekunlaşdırıb və “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə müqavilə bağlayıb.


Müqaviləyə əsasən, görüləcək işlərin maliyyə dəyəri 29,4 milyon manat müəyyənləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin