Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.
Bizim.Media Sadiq Əliyevin dosyesını təqdim edir:
S. Əliyev 1984-cü ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistr təhsilini fərqlənmə ilə başa vurub.
Əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayıb. 2006–2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.
2019–2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri olub. 2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin edilib və 2026-cı ilin yanvarınadək bu vəzifədə çalışıb.
2026-cı il yanvarın 8-də Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.
Yeni müşavir “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:20 / 30.10.2026
Maliyyə nazirinin müşaviri təyin edilən Sadiq Əliyev kimdir? - Dosye
Hazırda oxunan: Maliyyə nazirinin müşaviri təyin edilən Sadiq Əliyev kimdir? - Dosye
Hazırda oxunan: Maliyyə nazirinin müşaviri təyin edilən Sadiq Əliyev kimdir? - Dosye
645179
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































