BOCCİA idman növü üzrə ilk dəfə “SENİ CUP”x9d turniri keçiriləcək

Hazırda oxunan: BOCCİA idman növü üzrə ilk dəfə “SENİ CUP”x9d turniri keçiriləcək

63555
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və  “Əlil İdmançılara Dəstək”x9d ictimai birliyi “SENİ”x9d firmasının dəstəyi ilə  06 dekabr 2014-cü il tarixində Azərbaycanda yeni yaranmış BOCCİA idman növü üzrə ilk dəfə “SENİ CUP”x9d turniri  keçiriləcəkdir.
BOCCİA idman növü Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara Dəstək”x9d ictimai birliyinin  təşəbbüsü ilə artıq 8 aydır ki Azərbaycanda təbliğ olunur və bu müddət ərzində respublikada 4 təlim mərkəzi yaradılmışdır.  BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində,populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. BOCCİA idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması,dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.
“SENİ CUP”x9d turnirində  BC1/BC2 və BC4 kateqoriyalarında  Bakı, Şəki və Ağsu şəhərlərindən ümumilikdə 22 idmançı iştirak edəcək. Bunlardan 3 idmançı beynəlxalq  təcrübədə ilk dəfəAzərbaycanda  yaradılmış  Uşaq Paralimpiya Komitəsinin idmançıları olacaqdır.
Turnir 06 dekabr 2014-cü il tarixində ABU Arena idman kompleksində keçiriləcəkdir. Açılış mərasimi 13.00.
Turnirdə  Gənclər və  İdman nazirliyinin,Azərbaycan Milli  Paralimpiya  Komitesinin və  bir sıra dövlət  və  qeyri  hökumət  təşkilatlarının  nümayəndələri ilə yanaşı  Beynəlxalq  Paralimpiya  Komitəsinin vitse prezidenti,Braziliya  Milli  Paralimpiya  Komitəsinin prezidenti,2016  Rio-de-Janeyro  Olimpiya  və  Paralimpiya  Oyunları  Təşkilat  Komitəsinin  İnteqrasiya  üzrə  komitə  sədri  cənab  Endrü  Parsons  iştirak  edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin