Çeboksarıya dron hücumu: İctimai nəqliyyatın hərəkəti dayandırıldı – VİDEO

Hazırda oxunan: Çeboksarıya dron hücumu: İctimai nəqliyyatın hərəkəti dayandırıldı – VİDEO

611256

Rusiyanın Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində dron hücumlarından sonra bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Çuvaşiyanın rəhbəri Oleq Nikolayev Çeboksarıya ilk dron zərbələri barədə Moskva vaxtı ilə saat 02:30 radələrində məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Rusiya KİV-ləri hadisə yerindən görüntülər yayıb. Kadrlarda çoxmərtəbəli yaşayış binalarına ziyan dəydiyi görünür.

Hücumlarla əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai nəqliyyatın hərəkətinin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilmir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin