ABŞ Prezidenti Donald Tramp vəzifədən “8 və ya 9 ildən sonra” gedəcəyi barədə zarafat edib.
Bizim.Media xəbər verir ki, Tramp bunu vergi güzəştləri ilə bağlı çıxışı zamanı deyib.
O bildirib ki, əvvəlcə bu güzəştin bir il müddətinə tətbiq olunmasını istəyib. Lakin sonradan müddətin daha uzun müəyyən edildiyini söyləyib.
“Əslində, mən bunu bir il üçün etmək istəyirdim. Bu isə o demək olardı ki, siz bütün pulunuzu dərhal xərcləyəcəksiniz. Təəssüf ki, sizə çox vaxt verdim. Mən buna qarşı idim. Dedim ki, gəlin bunu daha qısa müddətə edək. Amma biz bunu etdik. Bu, doğrudur”, - deyə Tramp bildirib.
Daha sonra ABŞ Prezidenti zarafatla əlavə edib:
“Beləliklə, mən vəzifədən gedəndə, deyək ki, 8 və ya 9 ildən sonra, bundan istifadə edə biləcəyəm”.
Trampın bu sözləri zalda gülüşlə qarşılanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:33 / 05.05.2026
Tramp zarafat etdi: “Vəzifədən 8-9 ildən sonra gedəcəm” – VİDEO
Hazırda oxunan: Tramp zarafat etdi: “Vəzifədən 8-9 ildən sonra gedəcəm” – VİDEO
Hazırda oxunan: Tramp zarafat etdi: “Vəzifədən 8-9 ildən sonra gedəcəm” – VİDEO
611231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































