Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

Hazırda oxunan: Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

642218

Ukrayna paytaxtında energetika infrastrukturuna dəyən zərərlər fonunda Kiyev metrosunun bütün xətlərində qatarların hərəkəti tamamilə dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Məlumata görə, elektrik qidalanma mərkəzlərində baş verən gərginlik kəsintiləri səbəbindən metro şəbəkəsi enerjisiz qalıb, qatarların hərəkəti ilə yanaşı eskalatorların da fəaliyyəti dondurulub.

Metro ilə yanaşı, yerüstü elektrik nəqliyyatının işində, həmçinin şəhərin su təchizatı və kanalizasiya sistemlərində ciddi fasilələr yaranıb.

Kiyev şəhərinin meri Vitali Kliçko paytaxtın faktiki olaraq "sağ qalma rejiminə" keçdiyini bildirərək, imkanı olan sakinləri müvəqqəti olaraq şəhəri tərk etməyə çağırıb. Şəhərin müxtəlif rayonlarında energetika obyektlərinin zədələnməsi səbəbindən qəza kəsintiləri davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin