Medina “Qarabağ”dan GETDİ

Hazırda oxunan: Medina “Qarabağ”dan GETDİ

619604

"Qarabağ"da daha bir ayrılıq gerçəkləşib. Kevin Medina Ağdam klubu ilə vidalaşıb.

Bizim.Media Sportal.az-a istinadla xəbər verir ki, futbolçu Asiya klublarından biri ilə anlaşıb.
 

“Qarabağ” müqaviləsi davam edən futbolçuya jest edib, onu təzminatsız buraxıb. Məsələ burasındadır ki, indiyə qədər çox yaxşı təklifləri olan Kevin “Qarabağ”da qalmağa üstünlük verib, böyük pulları geri çevirib.


Lakin hazırkı təkliflə bağlı özü rəhbərliyə yaxınlaşıb, onu sərbəst buraxmalarını rica edib. Kolumbiyalı futbolçunun xidmətlərini nəzərə alan “Qarabağ” rəhbərliyi Medinaya əngəl olmayıb.

Qeyd edək ki, Medina yay transfer dönəmində “Qarabağ”ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin