Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə etdi - VİDEO

Hazırda oxunan: Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə etdi - VİDEO

619505

ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar.

Bizim.Media xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra İran və Yeni Zelandiya millilərinin hərəsinin aktivində bir xal var. Komandalar G qrupunda müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar.

Qrupun digər oyununda Belçika və Misir milliləri 1:1 hesablı heç-heçə ediblər.

İkinci turda İran millisi iyunun 21-də Belçika ilə qarşılaşacaq. Yeni Zelandiya isə iyunun 22-nə keçən gecə Misirlə üz-üzə gələcək.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

 

<iframe width="1013" height="570" src="//www.youtube.com/embed/UuFrKIP8Svg" title="DÇ-26 | G qrupu | İran - Yeni Zelandiya | İCMAL" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin