"Qarabağ" Avropadan futbolçu TRANSFER EDİR - 500 min avro xərcləyəcək

Hazırda oxunan: "Qarabağ" Avropadan futbolçu TRANSFER EDİR - 500 min avro xərcləyəcək

617205

"Qarabağ" heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.

Bizim.Media idmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Riyeka" klubunun kapitanı Martin Zlomisliçin transferini demək olar ki, yekunlaşdırıb.

Bosniya və Herseqovina millisinin üzvü olan qolkiperin keçidi ilə bağlı tərəflər arasında əsas razılıq əldə olunub. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Bildirilir ki, bu keçiddən "Riyeka" təxminən 500 min avro gəlir əldə edəcək.

27 yaşılı qapıçı komandası ilə bütün turnirlərdə keçirdiyi 53 oyunda 58 qol buraxıb, 19 görüşdə qapısını toxunulmaz saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin