"Sabah"ın futbolçusu Aron Maluda karyerasını Avropanın məşhur klubunda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
"Seltik" fransalı vingeri transfer etmək istəyir.
Xəbərdə qeyd olunub ki, Şotlandiya nəhəngi Maluda ilə əlaqə saxlayıb və ona klubun layihəsi barədə məlumat verib. "Seltik"in 20 yaşlı ön xətt oyunçusu üçün Azərbaycan klubu ilə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, "Sabah" Aron Maludanı 2025-ci ilin sentyabr ayında "Lill"dən transfer edib və daha sonra futbolçunun transfer hüquqlarına yiyələnib.
Fransa U-19 millisinin sabiq üzvü Masazır təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
10:05 / 14.05.2026
“Sabah”ın legioneri Avropanın məşhur klubunun HƏDƏFİNDƏ
Hazırda oxunan: “Sabah”ın legioneri Avropanın məşhur klubunun HƏDƏFİNDƏ
Hazırda oxunan: “Sabah”ın legioneri Avropanın məşhur klubunun HƏDƏFİNDƏ
613048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































