Messinin komandası məğlub oldu - VİDEO

Hazırda oxunan: Messinin komandası məğlub oldu - VİDEO

610831

"İnter Mayami" ABŞ-nin MLS Liqasının müntəzəm çempionatının ev oyununda "Orlando"ya 4:3 hesabı ilə məğlub olub.

Bizim.Media xəbər verir ki, ilk hissənin gedişində "İnter" üç qol vursa da, qonaqlar buraxılan qolların əvəzini çıxmağı və ikinci hissəyə əlavə olunmuş vaxtda qələbə əldə etməyi bacarıblar.

Görüşün 4-cü dəqiqəsində meydan sahiblərinin yamaykalı müdafiəçisi Yen Fray venesuelalı yarımmüdafiəçi Telasko Seqoviyanın ötürməsini tamamlayaraq qonaqların qapısından ilk topu keçirib. 25-ci dəqiqədə isə Seqoviyanın özü topu rəqib qapısının toruna göndərib. Ona qol ötürməsini "İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi verib. Səkkiz dəqiqə sonra argentinalı özü uruqvaylı hücumçu Luis Suaresin ötürməsini reallaşdıraraq meydan sahiblərinin üstünlüyünü darmadağın həddinə çatdırıb.

Qonaq komanda hesab 0:3 olduqdan sonra oyunun gedişatını dəyişdirməyi bacarıb. 78-ci dəqiqəyə qədər "şirlər"in argentinalı hücumçusu Martin Oxeda het-trik rəsmiləşdirib, 90+3-cü dəqiqədə isə Trinidad və Tobaqo yığmasının yarımmüdafiəçisi Tayriz Spayser qələbə nöqtəsini qoyub.

"İnter Mayami" MLS-də doqquz oyundan ibarət olan məğlubiyyətsizlik seriyasını itirib. "Orlando" isə bütün çempionat ərzində yalnız üçüncü qələbəsini qazanıb. "İnter Mayami" 10 turun yekununa görə 19 xal toplayaraq Şərq Konfransında ikinci yerdə qərarlaşıb. Orlando klubu Şərqdə 14-cü mövqedədir (10 xal).

Növbəti oyunda "İnter Mayami" "Toronto"nun qonağı olacaq, "Orlando Siti" isə "Kleb de Fut Monreal"la səfər görüşü keçirəcək. Hər iki oyun mayın 9-na planlaşdırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin