Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Hazırda oxunan: Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

608371

Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq.

İlk görüşdə "Zirə" iki cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin