“Beşiktaş” bu futbolçu ilə yollarını ayıracaq

Hazırda oxunan: “Beşiktaş” bu futbolçu ilə yollarını ayıracaq

607939

"Beşiktaş" müdafiəçi Taylan Bulutla yollarını ayıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Türkiyə əsilli almaniyalı futbolçunun performansı baş məşqçi Sergen Yalçını qane etmir. "Qara qartallar" yayda 20 yaşlı sol cinah müdafiəçisi üçün gələn təklifləri dəyərləndirəcək.

Artıq gənc oyunçunun menecerinə bu barədə məlumat verilib.

Qeyd edək ki, "Beşiktaş" Taylan Bulutu mövsümün əvvəlində "Şalke"dən 6 milyon avroya transfer edib. Almaniya U-20 millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin