"İndi Maradona gülümsəyir" - Pele

Hazırda oxunan: "İndi Maradona gülümsəyir" - Pele

578779
Əfsanəvi braziliyalı futbolçu Pele Argentina millisinin DÇ-2022-nin qalibi olması barədə fikirlərini bölüşüb.
 
Qol.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarına yazıb. Pele Argentina yığmasını uğuru münasibəti ilə təbrik edib:
 
“Lionel Messi karyerasında ilk dəfə dünya çempionu oldu. O, buna layiq idi.Əziz dostum Kilian Mbappe finalda 4 qol vurdu. Bu tamaşaya baxmaq necə də gözəl idi. Və Mərakeş komandasını inanılmaz oyuna görə təbrik etməyə bilməzdim. Afrikanın parıldadığını görmək çox xoşdur.
 
Argentinanı təbrik edirik! Əlbəttə ki, indi Dieqo Maradona (Argentina millisinin 2020-ci ildə dünyasını dəyişən əfsanəvi oyunçusu - red.) gülümsəyir".
 
Qeyd edək ki, Argentina millisi tarixində 3-cü dəfə dünya çempionatının qalibi olub. Bundan əvvəl argentinalılar 1978 və 1986-cı illərdə turniri qazanıblar. Ötən gün isə yığma finalda Fransaya qalib gələrək kuboku əldə edib (3:3, penaltilər seriyası - 4:2).
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin