"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub - FOTO

Hazırda oxunan: "Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub - FOTO

576583
"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin afişası ABŞ-ın məşhur "Times" meydanında nümayiş olunub.
 
Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Nyu-York sakinləri yarış barədə məlumatı şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər.
 
"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
 
Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə 17 - 24 dekabrda “Fairmont Baku” hotelində baş tutacaq.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin