“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

Hazırda oxunan: “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

238242
Bu gün Bakıda Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.

Ağdam təmsilçisi inamlı qələbə qazanaraq UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Matçın 9-cu dəqiqəsində Maksim Medvedev hesabı açıb. 42-ci dəqiqədə Donald Qerye hesab arasındakı fərqi ikiyə çatdırıb.

55-ci dəqiqədə isə Filip Ozobiç komandasının üçüncü qolunu vurub.

“Qarabağ” – “Şerif”
Maksim Medvedev, 9. Donald Qerye, 42. Filip Ozobiç, 55
İlk oyun 0:1.

***

“Qarabağ” "Şerif" oyununda daha bir qol vuruldu. Oyunun 56-cı dəqəqəsində Filip Ozobiç “Qarabağ”ın üçüncü qolunu vuraraq rəqibi meydanın mərkəzinə dəvət edib. Hazırda, hesab 3:0 “Qarabağ” xeyrinədir.

xa0***

“Qarabağ” "Şerif" oyununda daha bir qol vuruldu. Oyunun 42-ci dəqəqəsində künc zərbəsindən ötürülən topu “Qarabağ” oyunçusu Donald Gerye başla tora göndərdi. Beləliklə, hesab 2:0 “Qarabağ” xeyrinədir.

xa0***

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.xa0

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Moldovanın "Şerif" komandasını qəbul edir.

Komandalar yaşıl meydanaxa0 bu “11-lik”lərlə çıxıblar:

"Qarabağ": 13. Vaner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnoset Emeqara, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.xa0

Baş məşqçi: Qurban Qurbanov.

"Şerif": 33. Sergey Paşçenco, 4. Petru Raku, 9. Jo Santos, 15. Kristiano 18. Georgi Anton, 23. Vladimir Kovaçeviç, 39. Zigi Badibanqa, 55. Mateo Suşiç (K), 88. Rifet Kapiç, 90. Vyaçeslav Posmak, 97. Aleksandru Boyçuk.

Ehtiyat oyunçular: 21. Nikolay Çeborati, 7. Gerson Rodriges, 8. Ceremi de Noyer, 14. Benjamin Balima, 19. Antun Paliç, 35. Ante Kulişiç, 45. Əl-Hacı Kamaran.

Baş məşqçi: Qoran Sabliç.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin