Ukraynanın “Dinamo”x9d (Kiyev) futbol klubu öz rəsmi saytının rusdilli bölməsini ləğv edib.
Moderator.az -ın Lent.az-a istinadən xəbərinə görə, hazırda saytın yalnız Ukrayna və ingilis dillərində versiyaları mövcuddur. Saytın sağ yuxarı küncündə daha əvvəl mövcud olmuş və Rusiya bayrağı ilə işarələnmiş rusdilli bölməyə keçid götürülüb.xa0 xa0
Ukraynanın daha bir tanınmış futbol klubu ”“ “Şaxtyor”x9dun saytında isə hələlik rusdilli bölmə qalır.
Qeyd edək ki, bir vaxtlar “Dinamo”x9d (Kiyev) komandası təkcə ukraynalıların deyil, rusların da qüruru idi. Saytın rusdilli versiyasının ləğvi Krımın Rusiya tərəfindən ilhaqı və Donbasda separatizmin alovlandırılması nəticəsində iki qardaş xalq arasında baş vermiş qırılmanın səviyyəsini göstərir.

































































































