Sabirabadda avtomobil maneəyə çırpılıb, 5 nəfər xəsarət alıb

Hazırda oxunan: Sabirabadda avtomobil maneəyə çırpılıb, 5 nəfər xəsarət alıb

627014

Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində rayonun Yenikənd kənd sakinləri - 1984-cü il təvəllüdlü Nuriyev Ülvi Vəlixan oğlu, 1988-ci il təvəllüdlü Tağıyev Aqil Əlizamin oğlu, 1981-ci il təvəllüdlü Abasov Vilayət Şərakət oğlu, 2002-ci il təvəllüdlü Abasov Elşən Vilayət oğlu və 2013-cü il təvəllüdlü Tağıyev Əsgər Aqil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin