Bakıda 2 qadını maşın vurub

Hazırda oxunan: Bakıda 2 qadını maşın vurub

61630
Bakıda ağır yol qəzası baş verib.

Şahidlərin APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Hövsan qəsəbəsində qeydə alınıb. “Mercedes”x9d markalı minik maşını yolu keçən 2 qadını  vurub. Nəticədə onların biri hadisə yerində dünyasını dəyişib, digəri ağır xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir. Şahidlərin verdiyi xəbərə  görə, ölən qadının adı Gülnarədir (soyadı dəqiqləşdirilir). Məlumata görə, o, Hövsan qəsəbəsində yerləşən 196 saylı məktəbin tarix müəlliməsidir. 
 
Suraxanı Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin