Ağcabədidə ağır yol qəzası baş verib.
Mingəçevir ”“ Bəhramtəpə yolunun Ağcabədidən keçən hissəsində baş verən qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Ağcabədi rayon polis şöbəsindən verilən məlumata görə, qəza sürücünün kəskin döngədə dönmə hərəkətini düzgün yerinə yetirmədiyindən ağaca çırpılması nəticəsində baş verib.
Qəza nəticəsində Ağcabədi rayon Mehrablı kənd sakinləri, 44 yaşlı Namiq Əliyev, 54 yaşlı Nizami Muradov və Aydın Mustafayev dünyasını dəyişib. 32 yaşlı Əhəd Guliyev isə ağır xəsarətlər alıb.
Baş verən faktla bağlı araşdırma gedir.
ANSPRESS






































































































