Azərbaycan Milli Elmlər Akademiyasının görkəmli şəxsiyyətlərin adlarını daşıyan mükafatlarına layiq görülən alimlərin adları məlum olub.
Moderator.az xəbər verir ki, akademik Firudin Haşımzadə AMEA-nın Nəsirəddin Tusi, xa0akademik Siddiqə Məmmədova Həsən bəy Zərdabi, akademik Adilə Namazova isə Mirəsədulla Mirqasımov adına mükafatlarla təltif olunublar.
Bundan əlavə AMEA-nın müxbir üzvü Fəzilə Səmədova Yusif Məmmədəliyev adına, akademik Pərviz Məmmədov Musa Əliyev adına, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov isə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüb.
Qeyd edək ki, AMEA-nın adlı mükafatlarına layiq görülən namizədlərin hər birinə 5 min manat məbləğində pul mükafatı veriləcək.
Elmin Nuri






































































































