Lütfi Zadə Nizami Gəncəvi adına qızıl medala layiq görüldü...

Hazırda oxunan: Lütfi Zadə Nizami Gəncəvi adına qızıl medala layiq görüldü...

133016
"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına qızıl medalı"na dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə və akademik Böyükkişi Ağayev layiq görülüblər. 

L.Zadə qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə, B.Ağayev isə Azərbaycan tibb elminin inkişafındakı xidmətlərinə ”“ Azərbaycanda qara ciyər, öd yolları, xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərə görə bu ali mükafata sahib olublar.

Moderator.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu haqda qərar aprelin 20-də AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub. Tədbirdə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”x9d müsabiqəsinin nəticələri elan edilib, adları çəkilən alimlərin medalla təltif olunmaları və namizədlərə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul olunub.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin