ATV-nin əməkdaşları qəzaya düşdü ”” YENİLƏNİB

Hazırda oxunan: ATV-nin əməkdaşları qəzaya düşdü ”” YENİLƏNİB

126742
ATV telekanalından faktı təsdiqləyiblər.

Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu APA-ya bildirib ki, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb.

“Ləziz Macəra”x9d verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs  Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

“ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür”x9d, - Vaqif Aydınoğlu deyib.

***

ATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb.

Ölkə.Az-ın APA-ya istinadən məlumatına görə, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb. Nəticədə telekanalın qadın əməkdaşı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya düşənin şəxsiyyəti dəqiqləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin