Fransada 16 yaşdan kiçik şəxslərə enerji içkilərinin satışının qadağan edilməsi təklif olunub.
Bizim.Media xəbər verir ki, bu barədə RMC məlumat yayıb.
Təklif parlament komissiyası tərəfindən irəli sürülüb. Oxşar məhdudiyyətlər artıq Norveçdə və Kanadanın Kvebek əyalətində tətbiq olunur.
Hazırlanan hesabatda enerji içkilərinin tərkibindəki yüksək kofein və şəkər miqdarının uşaqların sağlamlığına və yuxu rejiminə mənfi təsir göstərdiyi vurğulanıb. Sənəddəki altı tövsiyənin sosial təminatın maliyyələşdirilməsi haqqında qanun layihəsinə dəyişikliklər və ayrıca qanun layihəsi şəklində təqdim edilməsi nəzərdə tutulur.
Fransanın keçmiş səhiyyə naziri, deputat Yannick Neuder bildirib ki, enerji içkiləri uşaqları yüksək dozada kofein qəbul etməyə alışdırır.
Onun sözlərinə görə, bu içkilər uşaqlarda ürək döyüntüsünün sürətlənməsinə, diqqətin zəifləməsinə, narahatlığa və yuxu pozuntularına səbəb ola bilər. Uzunmüddətli perspektivdə isə diabet və yüksək qan təzyiqi riskini artıra bilər.
Neuderin sözlərinə görə, Fransada enerji içkiləri bazarının gəliri 180 milyon avrodan 780 milyon avroya yüksəlib.
O, enerji içkilərini çoxsaylı əlavələr ehtiva edən yüksək dərəcədə emal olunmuş məhsullar adlandırıb. Deputat bu içkilərin şəkər və kalori miqdarına görə “Coca-Cola”dan da zərərli olduğunu, valideynlərin isə çox vaxt bundan xəbərsiz qaldığını bildirib.
Xüsusilə enerji içkilərinin alkoqolla birlikdə qəbulu təhlükəli hesab olunur. Neuderin sözlərinə görə, bu içkilər sərxoşluq hissini zəiflədə və alkoqola dözümlülüyü artıra bilər. Kardioloq Fransua Karrenin fikrincə, enerji içkiləri yeniyetmələrin yuxuya getməsini çətinləşdirir. Nəticədə yuxu çatışmazlığı yaranır, diqqət və təhsil göstəriciləri pisləşir.
O, valideynlərə evdə enerji içkiləri saxlamamağı və uşaqlara nümunə olmağı tövsiyə edib.
Yeniyetmələr isə təklifə birmənalı yanaşmayıblar. Bəziləri enerji içkilərinin zərərli olduğunu qəbul etsə də, digərləri qadağanın real olmadığını düşünür. Hesabatda alkoqollu içkilərlə bağlı əlavə tədbirlər də təklif olunub. Bunlara alkoqol faizi 12-dən yüksək olan kokteyllərə yüksək vergi tətbiqi, yetkinlik yaşına çatmayanlara alkoqol satışının yoxlanılması, bu qaydanı pozanlar üçün cərimənin 50 min avroyadək artırılması və internetdə alkoqol reklamının qadağan edilməsi daxildir.
Bundan başqa, tərkibində 18 faizdən çox alkoqol olan içkilərin qablaşdırmasında “Alkoqol sağlamlığınız üçün təhlükəlidir” xəbərdarlığının yerləşdirilməsi təklif edilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:13 / 09.10.2026
16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR
Hazırda oxunan: 16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR
Hazırda oxunan: 16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR
641370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































