Bazarlar Qurban Bayramının yaxınlaşmasından bixəbərmiş...

Hazırda oxunan: Bazarlar Qurban Bayramının yaxınlaşmasından bixəbərmiş...

97077
Müqəddəs Qurban Bayramı ilə əlaqədar olaraq əhalinin qurbanlıq heyvanlara olan tələbatı hər il olduğu kimi bu il də artıb. 

Artıq bir neçə gündür ki, qurbanlıq heyvanların satışı üçün Bakı və Bakıətrafı qəsəbələrdə müvafiq yerlər müəyyən olunub. Eyni zamanda həmin ərazilərdə kəsim yerləri də olacaq ki, istəyən aldığı qurbanlığı oradaca kəsdirə biləcək. 
Satıcıların sözlərinə görə, bayramla bağlı indidən gəlib qiymətlə maraqlanan çoxdur. Alıcılar isə qiymətlərdən bir o qədər də məmnun deyillər. Satış məntəqələrində heyvandarlıqla məşğul olan sahibkarlar bayram günlərində əhaliyə ucuz qurbanlıq heyvanlar təklif edəcəyini bildirdilər. Bayram ərəfəsində vətəndaşları ən çox maraqlandıran isə qurbanlıq heyvanların, əsasən də xırdabuynuzlu heyvanların qiymətidir. 

Bunun üçün Moderator.az - ın əməkdaşı yolunu “Təzə bazar”x9d dan salıb. Bu bazarda isə vəziyyət tam fərqli olub. Əməkdaşımızın bildirdiyinə görə, qiymətlər əvvəl olduğu kimi,  mal əti 5,50 - 6 manat arasında dəyişir:

"Qoyun əti isə 7 manat idi. Daha sonra yollandıq Yasamal rayonu Şərifzadə küçəsi, 196 ünvanında təşkil olunmuş yarmarkaya. Yarmarkaya Ağdaş, Salyan, Masallı, Lerik və digər rayonlardan çoxlu kənd təsərrüfatı məhsulları gətirilib. Burada qoyun ətinin kiloqramı 8 manatadır. Satıcıların bildirdiyinə görə heyvan diri satılarkən isə ətin çəkisi 5 manatdan hesablanır."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin