Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək

Hazırda oxunan: Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək

94486
Ötən gecə vəfat etmiş xalq artisti Habil Əliyev I Fəxri Xiyabanda dəfn ediləcək.

Bu barədə “Qafqazinfo”x9dya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib. O bildirib ki, bu gün saat 12:00-dan 14:00 kimi isə Flarmoniyada mərhumla bağlı vida mərasimi keçiriləcək.

Xatırladaq ki, Habil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Kaman ustası Habil Əliyev səhhətində yaranan problemlərə görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmış, bir neçə gün əvvəl isə yenidən komaya düşmüşdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin