İlham Əliyevdən Səlim Müslümovun nazirliyi haqqında xoş sözlər...

Hazırda oxunan: İlham Əliyevdən Səlim Müslümovun nazirliyi haqqında xoş sözlər...

85697
Moderator.az xəbər verir ki, beynəlxalq təşkilatların anti - Azərbaycan siyasətinə qəzəbli açıqlamalarıyla yadda qalan prezident İlham Əliyev dünənki müşavirədə bir sıra qurumları və məmurları tənqid etməsinə baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini təqdir edib və yeni nazir Səlim Müslümovun fəaliyyətindən razılığını aşağıdakı kimi ifadə edib:

"Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər.

Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin