ABŞ bu yolla ona qarşı çıxan ölkələri “cəzalandırır”x9d...

Hazırda oxunan: ABŞ bu yolla ona qarşı çıxan ölkələri “cəzalandırır”x9d...

84177
ABŞ dünya ölkələrini özündən asılı vəziyyətə salmaq və onların iqtisadiyyatını məhv etmək üçün süni iqlim dəyişikliyindən istifadə edir.

Moderator.az xəbər verir ki, bunu Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib.

Onun sözlərinə görə, ABŞ dünyanın müxtəlif ölkələrində süni yolla təbii fəlakətlər yaratmaq, iqlim dəyişikliyi, sel daşqınları, quraqlıq, istilər yaratmaqla o bölgənin və yaxud ölkənin iqtisadiyyatını, kənd təsərrüfatı sahəsini məhv etməklə özünün dünyadakı “ağalığını”x9d təmin  etməyə çalışır: “ABŞ belə bir silahı var və o silahdan istifadə etməklə təbii fəlakətlər,  güclü yağışlar yağdırıb daşqınlar yaratmaq , isti quraq hava şəraiti yaratmaq, süni qaydada  zəlzələ törətmək imkanına malikdir.”x9d
Ekoloq alim   buna misal olaraq bir neçı il bundan öncə  Yaponiyada sunami ilə nəticələnən zəlzələni, elə son Tiflisdəki sel daşqınlarını, Avropada və Rusiyada baş verən yağıntıları bununla izah etdi.

Onun fikrincə, ABŞ bu yolla ona qarşı çıxan ölkələri “cəzalandırır”x9d , iqtisadiyyatına zərbə vurur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin