Yanan binanın yerində Anım Muzeyi tikilsin!

Hazırda oxunan: Yanan binanın yerində Anım Muzeyi tikilsin!

78643
Moderator.az xəbər verir ki, tanınmış jurnalist Kamil Həmzəoğlu Binəqədidəki yanan binanın ümumiyyətlə sökülərək yerində anım muzeyi tikilməsini təklif edib:

"O bina gözdağıdan başqa bir şey deyil və olmayacaq...Oranı nə başqalarına satmaq mümkün olacaq, nə də bundan sonra (super təmir olunsa belə) orada rahatlıqla, heç nə olmamış kimi yaşamaqda davam etmək...İnsanlarımız, xüsusilə, əzizlərini, doğmalarını faciəli şəkildə itirənlərimiz daim ruhi-mənəvi-psixoloji sarsıntı içində olacaqlar...Ona görə həmin binanın təcili sökülməsi, sakinlərin daha rahat və təhlükəsiz bina (mənzillə) ilə təmin olunması və onun yerində ANIM Muzeyinin tikilməsi daha məqsədəuyğundur...Hər halda bu, mənim şəxsi fikrimdir. Allah o faciədə dünyasını dəyişən insanlarımıza bir daha rəhmət etsin, yaralananlarımıza bir daha şəfa versin, əzizlərini itirənlərimizə bir daha səbr versin. Amin!"



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin