Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

Hazırda oxunan: Göygöldə kəndləri birləşdirən strateji körpü qəzalı vəziyyətə düşdü - FOTO

626070

Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) “24 №-li Yol İstismarı” MMC-nin balansında olan, strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar olub.

Körpüdən Göygöl rayonunda ümumilikdə 5 min nəfər əhali istifadə edir. Belə ki, qəzalı körpü Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun üzərindədir.

Həmçinin bu körpü Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini birləşdirir.Qeyd edək ki, hazırda qəzalı vəziyyətə düşən körpü 1960-cı illərdə inşa olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin