Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

Hazırda oxunan: Almaniya ordusu və kəşfiyyatı gücləndirilir: Terror təhlükəsi var

626053

Almaniya Federativ Respublikasının daxili işlər naziri Aleksander Dobrindt ölkənin mühüm infrastruktur obyektlərinə, həmçinin dövlət xadimlərinə və müxtəlif təşkilatlara qarşı yönələn terror təhlükəsinin səviyyəsinin yüksək olduğunu bəyan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Die Welt" nəşri məlumat yayıb.

Kəşfiyyat məlumatlarına istinad edən nazir vurğulayıb ki, Almaniyada terror aktlarının törədilməsi riskini heç bir an istisna etmək olmaz.

A. Dobrindtin sözlərinə görə, hüquq-mühafizə orqanları xarici xidmətlərin cəlb etdiyi və "birdəfəlik agentlər" adlandırılan şəxslər tərəfindən partlayıcı maddələrdən istifadə edilməklə planlaşdırılan terror aktının qarşısını vaxtında almağa nail olublar.

Mövcud təhdidlərlə daha effektiv mübarizə aparmaq məqsədilə Almaniya hakimiyyəti təhlükəsizlik sahəsindəki qanunvericiliyi modernləşdirməyi planlaşdırır.

Yeni islahatlara əsasən, əks-kəşfiyyat orqanlarına xüsusi xidmət orqanlarının operativ fəaliyyət imkanları və geniş səlahiyyətlər veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin