Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Andrey Vorobyov açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində Elektrostal və Noqinsk şəhərlərində 26 nəfər yaralanıb.
Belə ki, dron hücumu zamanı Noqinskdə neft anbarında, Elektrostalda isə “Wildberries”in anbarında yanğınlar qeydə alınıb.
Ümumilikdə vilayət üzərində 48 dron zərərsizləşdirilib.
Moskva şəhərinin meri Sergey Sobyanin isə bildirib ki, paytaxt istiqamətində ümumi olaraq 370 PUA uçub.
Bizim.Media

- A-
- A
- A+
Region
10:07 / 18.07.2026
Moskvaya PUA hücumu - 26 yaralı var
Hazırda oxunan: Moskvaya PUA hücumu - 26 yaralı var
Hazırda oxunan: Moskvaya PUA hücumu - 26 yaralı var
625996
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































