Dövlət Neft Şirkətinin prezidenti (ARDNŞ) Rövnəq Abdullayevə ağır itki üz verib.
“A24.az”x9dın məlumatına görə, R.Abdullayevin bibisi Sara xanım dünyasın dəyib.
Bununla əlaqədar ölkənin bir sıra dövlət qrumlarının rəhbər və vəzifəli şəxsləri kədərləndiklərini bildirir və R.Abdullayevə dərin hüznlə başsağlığı verirlər.
Xatırladaq ki, Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprel ayının 3-də Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 1985-ci ildə köçürmə yolu ilə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək “Neft Daşları”x9dnda əmək fəaliyyətinə başlayıb. 1990-cı ildən “28 May”x9d NQÇİ-də mühəndis, 1991-1997-ci illərdə “Xəzərdənizneftqazinşaat”x9d Trestində şöbə rəisi, baş mühəndis vəzifələrində çalışıb, 1997-ci ildən Trestin müdiri olub. 2003-cü ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru təyin edilib. 9 dekabr 2005-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin prezidentidir.
14 mart 2008-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti seçilib. 2005-ci ildə üçüncü çağırış, 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.



































































































