Ədalət Partiyasının sədr müavini vaxtaşırı öz facebook səhifəsində ölkədə və dünyada baş verən hadisələrlə bağlı alleqorik paylaşımlarda bulunur. Azərbaycanla Qərb arasında son zamanlar artan gərginliyin fonunda şair-publisistin bu gün paylaşdığı pritçası xeyli anlamlı görünür. Pritça-statusu Moderator.az oxucularına təqdim edirik:
“Qarışqa cəngavərləri yuvaları önündə anidən
peyda olan filə qarşı amansız döyüşə girmişdilər. Biri filə kəllə, digəri şıllaq atır, bir başqası isə ona ultimatum
verib geri qayıtmasa başına hansı oyunların gələ biləcəyini xatırladırdı.
Qarışqa xalqı cəngavərlərinin bu misilsiz qəhrəmanlıqlarına valeh olub gözləri
önümdə baş verən tarixi hadisəni böyük ruh yüksəkliyi ilə seyr edirdi.
Ayağının
dibində baş verən bu böyük savaşdan xəbərsiz fil isə tənhalıqdan canı
sıxıla-sıxıla baş qatmağa iş, dərd bölüşməyə həmsöhbət axtarırdı. Di gəl ki, bu
kimsəsiz meşədə onun gözünə dəyən bir Allah bəndəsi yox idi”x9d.




































































































