İran və ABŞ razılaşmasından qazananlardan biri də Ermənistan olacaq

Hazırda oxunan: İran və ABŞ razılaşmasından qazananlardan biri də Ermənistan olacaq

74267
Moderator.az xəbər verir ki, hazırda Amerikada yaşayan iqtisadçı ekspert Qubad İbadoğlu rəsmi Tehranla altılıq ölkələri arasında əldə edilmiş Lozanna razılaşmasını şərh edib:

"ABŞ-la İran arasındakı razılaşma bölgədə mövcud siyasi və iqtisadi münasibətlərdə ciddi dəyişikliklərə gətirib çıxara bilər. Odur ki, İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi birmənalı qiymətləndirilə bilməz. Yeganə, bu razılaşmanın birmənalı olaraq enerji bazarlarına təsir edəcəyi ilə bağlı heş kəsdə şübhələr yoxdur. Belə ki, analitiklər hesab edir ki, bu razılaşma ilk növbədə neftin dünya bazaar qiymətinin ucuzlaşmasını şərtləndirəcək və artıq bu tendensiya müşahidə olunmaqdadır və razılaşmdan ötən 3 gün ərzində Brent markalı neftin qiyməti 5 faizdən çox aşağı düşüb. Lakin, onu da nəzərə almaq lazımdır ki, hazırda baş verənlər hələ bazarlara olan prixoloji təsirlərin nəticəsidir. İqtisadi təsirlər də işə düşəndə qiymətlərin ucuzlaşması daha da sürətlənəcək.
Hələ 2012-ci ildə İran İslam Respublikası (İİR) ABŞ və Böyük Britaniyaya və 2013-cü ilin əvvəlindən isə Avropaya neft satışını dayandırıb. Sanksiya tətbiq edilənə qədər İran gündə 2,5 milyon barel neft ixrac edib. Yalnız 2012-cü ildə neft ixracatına qoyulan sanksiyaya görə İranın itkisi 70 milyard dollar olub. Hazırda Iranın gündəlik neft istehsalı 2,85 milyon bareldir. Bu ölkə hasilat səviyyəsinə görə dünyanən 4-cü ölkəsdir, lakin istehsalın çox olmasına baxmayaraq gündəlik ixracatı 1 milyon barel səviyyəsi ilə məhdudlaşır və İran neftinin əsas alıcıları Çin və digər Asiya ölkələridir.
İranın neft bölməsinə sanksiyanın götürülməsi İRİ-nin qlobal enerji bazarına yenidən və daha təsirli qayıdışını stimullaşdıracaq. Bu yalnız neft satışı sahəsində deyil, həm də qaz təklifində də hiss olunacaq. Beləliklə də İran bazara daha böyük həcmdə neft və qaz çıxara biləcək. Bu isə xüsusilə də bizim regionda enerji siyasətində yendən qiymətləndirmələrə (həm də TAP-la bağlı) gətirib çıxara və İranın enerji bazarında rolunun əhəmiyyətli artımına xidmət edə bilər. Belə ki, İranın sanksiyadan əvvəlki həcmdə ixracatını bərpa etməsi bğlgənin əsas neft ixraxtatçıları olan Azərbaycan, Türkmənistan və Qazaxıstanın birlikdə ixracatını üstələyəcək. Odur ki, yaranacaq yeni situasiyadan həmin ölkələrlə yanaşı Rusiya da xüsusi narahatçılq keçirir.
Dəyişiklilər İranın iqtisadiyyatının digər sektorlarına da müsbət təsir göstərərək, onu bütövlükdə gücləndirəcək. Çünki, sanksiyalara məruz qalan İranın yaınız enerji şirkətləri olmayıb, gəmiqayırma müəssisələri, nəqliyyat firmaları, bankları, maliyyə, sığorta və investisiya kampaniyaları da sansiyaların təsirinə məruz qalıb və bundan sonra azad şəkildə müxtəlif bazarlara çıxış əldə edə bilən bu şirkətlər İran iqtisadiyyatına ciddi töhfə verəcək. Bu da sən nəticədə İranın milli valyutasının, istehlak qiymətlərinin sabitləşməsində, yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayacaq. 
Beləliklə də İran iqtsiadiyyatının güclənməsi, İRİ-nin ABŞ-la əməkdaşlığının yeni mərhələsi bizim bölgədə qüvvələr və strateji tərəfdaşlar nisbətinə də təsirsiz ötüşməyəcək. Bundan ən çox itirən Pakistan, Rusiya, Türkiyə və Azərbaycan, qazananlardan biri isə Ermənistan olacaq. Bu İranın Ermənistanla iqtisadi, ticari və investisiya əlaqələrinin inkişafına gətirib çıxara bilər. Bu indiki situasiyada Ermənistana hava və su kimi lazımdır."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin