Beynəlxalq mediaforumun iştirakçıları Dağlıq Qarabağa qanunsuz səfər edib

Hazırda oxunan: Beynəlxalq mediaforumun iştirakçıları Dağlıq Qarabağa qanunsuz səfər edib

73305
Azərbaycan XİN: Həmin şəxslər haqqında müvafiq tədbir görüləcək

Ermənistan paytaxtında 18-23 mart tarixlərində keçirilən beynəlxalq mediaforumun iştirakçıları Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağa qanunsuz səfər ediblər. APA-nın “kavkaz-uzel.ru”x9d saytına istinadən verdiyi məlumata görə, uydurma “erməni soyqırımı”x9dnın 100 illiyinə həsr olunmuş forumun 30 iştirakçısı işğal altındakı Azərbaycan torpaqlarına 3 günlük tur həyata keçiriblər. Dağlıq Qarabağa səfər çərçivəsində onlar separatçı rejimin rəhbərliyi ilə görüşüblər və muzeylərə, fabriklərə baş çəkiblər.
 
Qanunsuz səfərdə iştirak edən jurnalistlər arasında Rumıniyanın “Adevarul”x9d qəzetinin jurnalisti Yelena Dumitru, Rusiyanın “Arqumentı i faktı”x9d qəzetinin jurnalisti Aleksandr Kolesniçenko, “Çexiya radiosu”x9dnun aparıcısı Monika Xorsakovanın adları çəkilir.
 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya açıqlamasında bildirib ki, işğal olunmuş torpaqlara qanunsuz səfər edən jurnalistlərlə bağlı müvafiq tədbirlər görüləcək: “Jurnalistlərin Azərbaycan dövlətinin razılığı olmadan onun işğal olunmuş ərazilərinə səfəri ölkənin "Dövlət sərhədi haqqında" qanununu pozmaq deməkdir. Dünyadakı əksər ölkələrin xarici siyasət idarələri vətəndaşlarına bu kimi qanunsuz səfərlərdən çəkinmək barədə xəbərdarlıq edib. İşğal altındakı ərazilərə səfər edən şəxslər öz təhlükəsizliklərini də nəzərə almalıdırlar. Orada müharibə vəziyyətinin hökm sürməsi ilə bərabər, insan alveri, silah qaçaqmalçılığı, narkotik vasitələrin istehsalı və tranziti, terrorçu hazırlığı və digər qanunsuz fəaliyyətlər də həyata keçirilir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin