Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsində 2014-cü il 26 dekabr tarixində ilk sınaq qatarı hərəkətə buraxılıb.xa0
Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi məlumat yayıb.xa0
Məlumatda bildirilir ki, sınaq uğurla başa çatıb.xa0
Millət vəkili Fazil Mustafa Aktual.az-a açıqlamasında bu layihənin strateji nöqteyi nəzərdən ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Böyük strateji əhəmiyyət daşıyan bir layihədir. Azərbaycan prezidentinin bu məsələdə seçiminin nə qədər doğru olduğu, hətta Azərbaycan tərəfinin böyük fədakarlıq göstərməsinin nəticələrinin ölkəmiz üçün faydaları yaxın zamanda üzə çıxacaq. Bu, ilk növbədə Qars vasitəsi ilə Naxçıvanın blokadasının ortadan qalxmasına xidmət edən ciddi bir amildir. Digər tərəfdən isə Türkiyə ilə Azərbaycan arasında dəmiryol xəttinin bu formada bərpasının, olduqca, böyük əhəmiyyətə malik olmasının göstəricisidir. Bu məsələdə hesab edirəm ki, strateji baxımdan Azərbaycan üçün faydası olan ciddi bir hadisədən söhbət gedir. Dəmiryolunun tezliklə istifadəyə verilməsi bizim ümummilli maraqlarımız üçün, olduqca, vacibdir".xa0







































































































