Hər il olduğu kimi, bu il də milli-azadlıq hərəkatının iştirakçıları və liderləri 25 il öncə həyatını itirən və Şəhidlər Xiyabanında uyuyan silahdaşlarının məzarlarını ziyarət edirlər.
Musavat.com-un reportyorunun Şəhidlər Xiyabanından verdiyi məlumata görə, xalq hərəkatının liderlərindən biri olmuş İsa Qəmbərin rəhbərlik etdiyi ziyarətçilər dəstəsi bu gün Şəhidlər Xiyabanında olaraq şəhidlərin məzarlarının üstünə çiçəklər qoyub, onların xatirəsini yad ediblər.
Ziyarətdə Müsavat Partiyasının üzvləri, eləcə də demokratik düşərgəyə daxil olan partiyaların fəalları və tərəfdarları iştirak ediblər.











































































































