Qənirə Paşayeva Moldovada Qarabağ həqiqətlərindən danışıb

Hazırda oxunan: Qənirə Paşayeva Moldovada Qarabağ həqiqətlərindən danışıb

57677

Moderator.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva  Moldovanın Çadır Lunqa bölgəsinə səfəri zamanı bölgənin  rəhbəri Sergey Mixayloviç Buzadji ilə görüşüb. Çadır Lunqa bölgəsinin rəhbəri Sergey Mixayloviç Buzadji  bölgə barədə geniş bilgilər verərək, dost  Azərbaycanla münasibətlərin  bütün istiqamətlərdə daha da inkişafında çox maraqlı olduqlarını  vurğulayaraq rəhbərlik etdiyi  bölgələri ilə Azərbaycanın bölgələri arasında arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirib və bu istiqamətdə çalışmaları daha da artıracaqlarını qeyd edib. Millət vəkili  Q.Paşayeva  Çadır  Lunqa  bölgəsinin rəhbəri  Sergey Mixayloviç Buzadjiyə Azərbaycanla bağlı, özəlliklə də  Ermənistanın işğalçılıq siyasəti və Xocalı  soyqırımı ilə bağlı geniş bilgilər verib, onunla fikir mübadiləsi aparılıb. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından  qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə  danışaraq, deyib  ki,  dünyanın harasında yaşamasından etnik və dini mənsubiyyətindən asılı olmayaraq  ədalətin və insanlığın yanında olan bütün  insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı  soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Azərbaycan bölgələri ilə Çadır Lunqa arasında əməkdaşlığın genişlənməsi ilə bağlı böyük potensial olduğuna dair bölgıə rəhbərinin fikirləri ilə razılaşaraq əməkdaşlığın getdikcə genişlənəcəyinə inandığını deyib.   Görüşün  sonunda millət vəkili Qənirə Paşayeva Çadır Lunqa bölgəsinin rəhbəri Sergey Mixayloviç Buzadjiyə “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımıza dair  kitablar,  filmlər, materiallar və eyni zamanda Azərbaycan  mədəniyyətinə dair materiallar da təqdim edib və Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Sergey Mixayloviç Buzadji dəvəti məmuniyyətlə qəbul edərək Azərbaycanı yaxından görməkdən məmun olacağını bildirib. Millət vəkili Q.Paşayeva Çadır Lunqa bölgəsinə səfəri çərçivəsində  icrimaiyyət nümayəndələri və  KİV nümayəndələri ilə görüşüb və  Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar,müsahibələr verib. O, həmçinin bölgədəki tarixi, arxeoloji, mədəniyyət muzeylərini ziyarət edib, muzeylərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar təqdim edib. 

Qənirə Paşayeva Moldovada Qarabağ həqiqətlərindən danışıb Qənirə Paşayeva Moldovada Qarabağ həqiqətlərindən danışıb Qənirə Paşayeva Moldovada Qarabağ həqiqətlərindən danışıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin