Xəbər verildiyi kimi, ABŞ-da qondarma erməni soyqırımının orta məktəb dərsliklərinə salınması ilə bağlı qanun layihəsi hazırlanır. Hansı ki, artıq bəzi konqresmenlərin bu qanun layihəsinə imza atdığı, bu yöndə ciddi təbliğat işlərinin aparıldığı məlumdur.
Maraqlıdır,
Azərbaycan baş verənlərə hansısa formada etiraz və ya müdaxilə etməlidirmi?
Bununla
bağlı Moderator.az-ın sualını cavablandıran millət vəkili Fazil Mustafa məlum olayla
bağlı maraqlı fikirlər səsləndirib:
“Biz buna
etiraz etmə formasını tapmalıyıq, bununla belə bu, o qədər də əhəmiyyət
daşımayan məsələdir. Hinduların da soyqırımı dəsrliklərdə yer alır, dəyişən bir
şey varmı? Bunlar mənasız
cəhdlərdir və tarixin müasir siyasətin alətinə çevrilməsi heç ermənilərə də
yaxşı perspektiv vəd etmir. Biz tarixə həqiqətləri anladan öz təbliğatımızı
davam etditrməliyik”.
Seymur
Əliyev
































































































